Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Mütərəqqi inkişaf edən dövlətimizlə tərəfdaşlıq etmək istəyən ölkələrin sayı artmaqdadır

0

  •          Ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından
    sonra Azərbaycan səmaları üzərindən qara buludlar götürülməyə başladı. Gündən-günə
    ölkəmiz inkişaf yolunu tutdu. Bununla bərabər, xalqımızın rifahı, uğurlu gələcəyə
    olan inamı da artdı. Ulu öndərimizin siyasi xəttini uğurla davam etdirən Cənab
    Prezidentimizin rəhbərliyi ilə ölkəmiz yeni inkişaf yoluna qədəm qoydu. Ölkəmizin
    nüfuzu, iqtisadi-siyasi gücü artdıqca dünya arenasında mövqeyimiz də gücləndi.
    Bütün bu uğurlarla yanaşı, xalqımız Qarabağ intizarı çəkirdi. Qarabağın mənfur
    düşmənlər tərəfindən işğal edilməsi dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə bir maneə
    idi. 44 gün davam edən haqq savaşımızda Ali Baş Komandanın əmri ilə Azərbaycan
    Ordusu Qarabağı azad edərək düşmənə sarsıdıcı zərbələr vurdu və torpaqlarımız azadlığa qovuşdu. İndi yerlə-yeksan edilmiş, dağıdılmış yurd yerlərimiz azad nəfəs
    alır və hər bir guşəsi ölkə başçısının göstərişi ilə abadlaşır. Beləliklə,
    Xilaskar Ordumuz tarixi Azərbaycan torpaqlarını işğaldan azad etməklə dövlətçiliyimizi
    daha da möhkəmləndirdi. Qarabağda icra edilən infrastruktur layihələri Azərbaycanın regionda strateji əhəmiyyətini artırır, o cümlədən iqtisadi potensialını da güclənir. Zəngəzur dəhlizinin açılması isə dövlətçiliyimiz tarixində ən parlaq uğurlardan biri olacaq.

    II Qarabağ müharibəsindən sonra Azərbaycanla əməkdaşlıq etmək
    istəyən ölkələr bir-biri ilə yarışa keçib. Bu dövlətimizin artan nüfuzundan və regiondakı rolundan xəbər verir. Azərbaycanın
    beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və genişlənən əməkdaşlığının
    göstəricisilərindən biri də Respublika Günü münasibətilə ümumilikdə 60-dan artıq ölkə rəhbəri tərəfindən yazılmış təbrik məktublarıdır.

    ABŞ Prezidentinin  Azərbaycan Prezidentini Respublika Günü münasibətilə təbrik
    məktubunda ikitərəfli münasibətlərin
    çoxşaxəliliyinə xüsusi önəm verildiyi vurğulanır.
    Müstəqilliyimizin bərpasından keçən 30 ilə yaxın müddətdə ABŞ və Azərbaycan
    xalqlarımız arasında əlaqələri gücləndirərək təhlükəsizlik, enerji və
    demokratik idarəetmə məsələlərində birlikdə çalışdığı qeyd edilir. Təbrik məktubunda
    həmçinin bildirilir ki, Ağ Ev
    Administrasiyası Azərbaycanın enerji layihələrini dəstəkləyir və bu layihələrin
    inkişafında maraqlıdır. ABŞ ötən il Cənub Qaz Dəhlizinin işə salınması
    ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri və bu il
    Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair
    imzaladığı Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləyir.

    Eyni zamanda dünyanı təhdid edən terrorla
    mübarizədə Azərbaycanın oynadığı rol ABŞ-ın siyasi rəhbərliyi tərəfindən etiraf
    olunur.

    Gələcəkdə ölkələr arasında münasibətlərin
    inkişafı yeni perspektivlər üçün yol açıldığı diqqətə çatdırılır. Burada
    enerji təhlükəsizliyi, regional təhlükəsizlik sahələrində əməkdaşlıq, Cənub Qaz
    Dəhlizi layihəsinin uğurla icra edilməsi, insan haqlarının qorunması kimi məsələlər
    xüsusi olaraq vurğulanır.   

    Azərbaycanla əməkdaşlıq etmək istəyən, yeni iqtisadi əlaqələr qurmaq istəyən digər
    ölkələr də ölkəmizi strateji tərəfdaş
    kimi dəyərləndirir və dostluq münasibətlərini möhkəmləndirməyə çalışırlar.

    Göründüyü kimi Azərbaycan dünyada etibarlı ölkə və iqtisadi əlaqələr qurmaq üçün tərəfdaş dövlət kimi tanınır. Bütün bu uğurların əldə edilməsində
    ölkə başçısının apardığı uzaqgörən və müdrik siyasət başlıca rol oynayır.

     Qalib Quliyev,Xocalı rayon gənci

     

     

     
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib34 dəfə
    Mütərəqqi inkişaf edən dövlətimizlə tərəfdaşlıq etmək istəyən ölkələrin sayı artmaqdadır

    Maraqlı gələ bilər
    41
    43
    38
    173
    29